• çərşənbə, 24 Aprel, 02:14
  • Baku Bakı 14°C

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - Yenilənib

03.12.16 18:32 1096
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - Yenilənib
Azərbaycan prezidentiİlham Əliyevdekabrın 3-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, Mövlud Çavuşoğlu Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidentinə çatdırıb: "Mən buraya gəlməzdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab prezident bizi qəbul edəcək. O dedi ki, cənab prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”
Dövlət başçısı Türkiyə prezidentinə cansağlığı arzulayıb: "Bilirsiniz ki, hörmətli prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”. Prezidentİlham Əliyeviki ölkənin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə çatdırmağı xahiş edib.
banner

Oxşar Xəbərlər