• çərşənbə axşamı, 23 aprel, 22:44
  • Baku Bakı 20°C

İlham Əliyev Türkiyə və Türkmənistan prezidentləri ilə görüşüb

04.06.14 18:30 1003
İlham Əliyev Türkiyə və Türkmənistan prezidentləri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.
Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrum-Milas Beynəlxalq hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
İyunun 4-də Bodrumda Azərbaycan prezidenti və Türkiyə prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edilib, strateji əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb. Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev həmin gün Bodrum şəhərində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə də görüşüb.
banner

Oxşar Xəbərlər