• cümə, 29 Mart, 09:06
  • Baku Bakı 5°C

İlham Əliyev Tunis prezidentini təbrik edib

18.03.17 11:15 1054
İlham Əliyev Tunis prezidentini təbrik edib
Prezidentİlham ƏliyevTunis prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Tunis Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Tunis xalqına sülh və rifah arzulayıram".
banner

Oxşar Xəbərlər