• cümə, 19 Aprel, 10:24
  • Baku Bakı 13°C

İlham Əliyev son 1 ildə xalqın gözləntilərini nə dərəcədə doğrulda bildi?

08.04.19 11:23 300
İlham Əliyev son 1 ildə xalqın gözləntilərini nə dərəcədə doğrulda bildi?
Güclü iqtisadiyyata malik, iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı olmayan, bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayan, dünyaya öz inkişaf modellərini təqdim edən, sayı o qədər də çox olmayan kosmik ailənin üzvünə çevrilən Azərbaycan!
2018-ci il aprelin 11-də növbəti dəfə prezident seçilən İlham Əliyevin həm son 1 illik, həm də ümumilikdə 15 ildən artıqdırdövlət başçısı kimi fəaliyyətinə nəzər salarkən Azərbaycanın buğünkü mənzərəsini qısaca olaraq məhz belə qiymətləndirmək mümkündür.
Danılmaz faktdır ki, İlham Əliyev 15 ildən artıq prezidentlik dövründə dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərə imza ataraq, Azərbaycanı beynəlxalq aləmdə güclü mövqeyə malik, nüfuzu daha da möhkəmlənən ölkəyə çevirdi. Azərbaycan çeşidli təzyiqlərlə, siyasi çəkişmələrlə üzləşdi. İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, dövləti, xalqı salamat şəkildə gələcəyə daşıdı, ölkəsini inkişaf etdirdi. Müstəqil siyasət apararaq, xalqın maraqlarını müdafiə etdi.
Bu dövrün tamamlanmaqda olan 1 ili üzərində dayanmaq daha çox yerinə düşər. O baxımdan ki, İlham Əliyevin 11 aprel seçkilərindən sonra nə kimi yeni qərarlara imza atacağı, 15 illik dönəmin sonrakı səhifəsini hansı yeniliklərlə zənginləşdirə biləcəyi, xalqın ona göstərdiyi növbəti etimada nə kimi islahatlarla cavab verəcəyi daha çox maraq doğururdu. Gəlin baxaq, prezident 1 ildə xalqın bu qəbildən olan gözləntilərini nə dərəcədə gerçəkləşdirdi?
Xatirinizdədirsə, İlham Əliyevinyenidən prezident vəzifəsinə seçildikdən sonra imzaladığı ilk sənəd indiyə qədər birdəfəlik müavinət ala bilməyən şəhid ailələrinə ödəmənin verilməsini ehtiva edən fərman oldu. Mühüm sosial müdafiə əhəmiyyəti daşıyan sənədə imza atan prezident, həm də cəmiyyətə növbəti dönəmdə xalqın aztəminatlı və həssas təbəqəsinin problemlərinin həllinin prioritet olacağı mesajını verdi. Ötən 1 ildə minimum əməkhaqqı və minimum pensiyalarda, sosial müavinətlərdə, müxtəlif növ təqaüdlərdə edilən əhəmiyyətli artımlar,bir neçə ildir dolların qalxması ilə narahatlıq yaratmağa başlayan bank kreditləri məsələsinin vətəndaşların xeyrinə həlli bunun əyani isbatı oldu. Təkcə bunlarmı?
Bura məcburi köçkün ailələrinə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni mənzillərin verilməsi siyasətinin daha da genişləndirilməsini, gənc ailələrin, ümumiyyətlə, evsiz insanların mənzil ala bilməsi üçün sosial mənzillərin tikintisini və güzəştli ipoteka proqramının davamı üçün vəsaitin ayrılmasını, regionların inkişafını, yeni məktəblərin, xəstəxanaların tikintisini, əhalinin məşğulluğu ilə bağlı atılanaddımları və s. əlavə etmək olar.
Qısası, 1 illik dövrü təhlil etdikdə İlham Əliyevin bütün çətin məqamlarda öz vətəndaşının yanında olduğunu görərik. İstər Şamaxıda və Ağsuda vətəndaşlar zəlzələnin ağır nəticələri ilə üzləşəndə, istər sahibkarın əmlakı yananda, istər şəhid ailələrinin vərəsələrinin bir qisminin birdəfəlik müavinətləri almaq problemi ilə qarşılaşanda, istərsə də problemli kreditləri ödəməkdə çətinlik çəkdikdə İham Əliyev vətəndaşını çarəsiz buraxmadı.
Qaldırılan problemlər daha çevik formada, kökündən həll edildi, vətəndaşın problemlərinə yanaşmadahəssaslıq, qərarlılıq öndə dayandı.
Ötən 1 il iqtisadi islahatlar ili kimi tarixə düşdü və və məhz bu islahatlar daha əhatəli sosial xarakterli sərəncam və qərarların verilməsinə şərait yaratdı.
İlham Əliyevin növbəti prezidentlik dönəminin 1 ili təkcə sosialyönümlü addımlarla deyil, tarixi qərarlarla da zəngin oldu.
§Azərbaycan, Rusiya, Qazaxıstan, İran, Türkmənistan prezidentlərinin iştirakı iləXəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı;
§Azərbaycanın üçüncü peyki "Azerspace-2” orbitə buraxıldı;
§TANAP qaz kəməri istifadəyə verildi;
§Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi;
§Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkəelan olundu;
§Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavoduaçıldı;
§Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İzmir şəhərində "Star” neft emalı zavodununaçılış mərasimikeçirildi;
§Bakıda möhtəşəm hərbi paradlar (iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə və sentyabrın 15-də Azadlıq meydanında Azərbaycan və Türkiyə prezidentlərinin iştirak etdiyi Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş paradlar) keçirildi;
§Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi açıldı;
§Masallı Sənaye Məhəlləsi istifadəyə verildi.
Bundan başqa, ötən zaman kəsiyində Bakı bir sıra mühüm beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edərək, dünyanın diqqət mərkəzində oldu.
Bu bir ildə Azərbaycanın ən ümdə problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da ölkəmizin mövqeləri gücləndi, ərazi bütövlüyümüz nüfuzlu qurumların rəsmi qərarlarında bir daha əks olundu. İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət təkcə beynəlxalq müstəvidə üstün mövqelərimizi qorumaq, onu daha da irəli aparmaqla nəticələnmədi. Hərbi müstəvidə də uğurlar qazanıldı, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdə qərarlaşdı.
3 il bundan öncə taiximizə aprel döyüşləri (bu döyüşlər nəticəsində Ağdərənin, Cəbrayılın, Füzulinin bir hissəsi işğaldan azad olunub) kimi düşən şanlı səhifənin davamı olaraq, keçən ilNaxçıvanda 11 min hektara yaxın ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edildi.
Beləliklə, İlham Əliyev bu bir ildə xalqın bütün sahələrdə gözləntilərinin həyata vəsiqə qazanmasında mühüm addımlar atdı. Ilham Əliyevin şəxsində mühüm nailiyyətlər qazanılmaqla bərabər, önəmli islahatlara start verildi. Xüsusilə, son 3 ayda bu islahatlar geniş vüsət aldı.İqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulması hədəfləndi. Yeni iqtisadi modelə keçid, bütün sosial məsələlərin həllinə nail olmaq, şəffaflığı tam təmin etmək, əsas diqqəti vətəndaşların güzəranının yaxşılaşmasına yönəltmək başlıca məqsədlər sırasında yer aldı.
İlham Əliyev öz addımları ilə təməli qoyulan yeni islahatları davam etdirmək, həllini gözləyən problemlərin tam cözmək əzmində olduğunu isbatlamaqdadır. Azərbaycanın mövcud iqtisadi vəziyyəti də, bütün sahələrdə islahatları dərinləşdirməyə tam imkan verir. Ortada İlham Əliyevin siyasi iradəsi var və bu iradə Azərbaycanın qədəm qoyduğu yeni inkişaf mərhələsinin öz hədəflərinə çatana qədər irəliləcəyinə əminlik yaradır.
Ən vacib olan amil isə xalqın İlham Əliyevə olan inamı, dəstəyidir. Bütün xarici və daxili müdaxilələrə, qurulan planlara rəğmən İlham Əliyevə, eləcə də onun həyata keçirdiyi siyasətə alternativ yoxdur. Xalq çözümünü gözləyən bir sıra problemlərin həllinin tək ünvanı kimi məhz ONU görür. Yeni dönəmdə verilən qərarlar, başladılan islahatlar isə bu gözləntinin boşuna olmadığını göstərir.
Elman Babayev
banner

Oxşar Xəbərlər