• cümə axşamı, 28 mart, 16:43
  • Baku Bakı 16°C

İlham Əliyev: "Şollar kəməri əhalinin həyatının yaxşılaşdırılmasına xidmət edib"

15.03.17 11:25 616
İlham Əliyev: "Şollar kəməri əhalinin həyatının yaxşılaşdırılmasına xidmət edib"
Azərbaycan prezidentiİlham Əliyevbu gün Bakıda keçirilən "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür" devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit" mövzusundakı beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına məktub ünvanlayıb.
"APA-Economics" xəbər verir ki, məktubu konfrans iştirakçılarına prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov çatdırıb.
Məktubda deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və konfransın işinə uğurlar arzu edirəm. Dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə diqqət və marağın yüksək olduğunu göstərir. Konfrans qədim ənənələrə malik Azərbaycan xalqının milli bayramı olan vəUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı ərəfəsinə təsadüf edir. Bu isə tədbirdə iştirak etmək üçün ölkəmizə gələn qonaqların Azərbaycanın milli mədəniyyət nümunələri ilə yaxından tanış olmasına imkan verir. Cari ildə dünyanın nadir su təchizatı qurğularından sayılan Şollar-Bakı Su Qurğuları Kompleksinin istismara verilməsinin 100 illiyi tamam olur. Kəmər Bakı şəhəri və Abşeron yarımadasının içməli su ilə təmin edən ilk iri infrastruktur layihəsi olaraq ötən dövr ərzində əhalinin həyatının yaxşılaşdırılmasına xidmət göstərib. Şollar-Bakı Su Qurğuları Kompleksinə daxil olan hidrotexniki qurğuların xüsusiyyətləri bu gün də mütəxəssislər tərəfindən öyrənilməkdədir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda müzakirə olunan mövzular təqdirəlayiqdir. İnanıram ki, konfrans çərçivəsində tanınmış alimlərin, mütəxəssislərin su ilə əlaqəli beynəlxalq təşkilatların qaldırdığı məsələlərlə bağlı aparacağı müzakirələr mövcud problemlərin öyrənilməsinə və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olacaq".
banner

Oxşar Xəbərlər