• çərşənbə, 24 Aprel, 05:27
  • Baku Bakı 14°C

Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib - Yenilənib

18.04.18 17:10 933
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib - Yenilənib
Aprelin 18-də Milli Məclisdə prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. APA-nın məlumatına görə, andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və prezidentin ailə üzvləri iştirak ediblər.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.

Fərhad Abdullayev deyib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının prezidenti elan edib: "Azərbaycan Respublikasının prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.

Prezidentİlham Əliyevəlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: "Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezidentİlham Əliyevtəzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.
"Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib”

Daha sonra çıxış edən dövlət başçısı seçkilərdə ona göstərilən yüksək etimada görə Azərbaycan xalqına təşəkkürünü bildirib. Prezident deyib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: "Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”.
Dövlət başçısı bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: "Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçki günü yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş "exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha göstərir ki, seçkilər xalqımızın iradəsini, fikirlərini əks etdirir. Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqımıza müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacam, bu siyasəti davam etdirəcəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi. Mən də öz növbəmdə öz sözlərimə əməl etdim”.
Prezidentin sözlərinə görə, Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib, bütün azadlıqlar təmin edilib: "Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”.
"Antimilli qruplaşmaların yeri tarixin zibilxanasıdır”

Prezident qeyd edib ki, seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb: "Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Azərbaycan xalqı onların yerini çoxdan müəyyən edib və bu da tarixin zibilxanasıdır. Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz".

Prezidentİlham Əliyevbildirib ki, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır: "Azərbaycanda yaşayan bütün dinlərin, xalqların nümayəndələri mehribanlıq şəraitində bir ailə kimi yaşayır və bundan sonra da yaşayacaq. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək. Azərbaycan ölkə daxilində dinlərarası və millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub. Biz son 15 il ərzində dünyaya bunu nümayiş etdirmişik. Biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və ona bağlıyıq. Təsadüfi deyil ki, 2016 və 2017-ci illər Azərbaycanda "Multikulturalizm” və "İslam Həmrəyliyi” illəri kimi elan olunub”.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir: "Təkcə onu demək kifayətdir ki, son 15 ildə bir sıra mötəbər təşkilatlar tərəfindən münaqişə ilə bağlıbizim təklifi qəbul edilərək, önəmli qətnamələr qəbul edilib. Bu qətnamələrdə göstərilib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".
Münaqişənin həlli ilə bağlı hüquqi bazanın mövcud olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, Azərbaycan son 15 ildə Ermənistanın işğalçı siyasətini ifşa edib, Azərbaycanın səyləri nəticəsində Ermənistan bır çox regional layihədən təcrid olunub: "BMTTəhlükəsizlik Şurasının qətnamələri bu münaqişənin həlli üçün əsas hüquqi bazadır və biz haqlı olduğumuzu dünyaya bir daha sübut edə bilmişik. Erməni lobbi təşkilatları Azərbaycana qarşı kampaniyalar aparsa da, bu, beynəlxalq qərarlara təsir edə bilmədi.Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma Dağlıq Qarabağı heç kim tanımır və tanımayacaq. Orda keçirilən referendumu qonşu ölkələr və beynəlxalq təşkilatlar pislədi. Biz dünya birliyinə onu da çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır. Bunu təsdiqləyən sübutlar var. Biz bir neçə deportasiyaya məruz qalmışıq və bunu dünyaya çatdırmalıyıq. Hazırda apardığımız siyasəti davam etdirəcəyik və istəyimizə nail olacaq. Bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan vermərik ki, ikinci qondarma erməni dövləti yaradılsın. Münaqişənin həlli ilə bağlı bizim prinsipal mövqeyimiz Azərbaycan xalqı tərəfindən də dəstəklənir. Gələcək illərdə gücümüz daha da artacaq".

"Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib”

Dövlət başçısı deyib ki, bu gün Azərbaycan ordusu təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır: "Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, bizim böyük qələbəmizdir. Azərbaycan ordusuAğdərə,Füzuli,Cəbrayılrayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Biz minlərlə hektar torpağa nəzarət edirik, bu torpaqlara həyat qayıdır. Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır. Bu torpaqlarda yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.

Prezidentİlham Əliyevbildirib ki, Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib: "Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, ruhlandırır”.
Dövlət başçısı deyib ki, növbəti illərdə çox ciddi islahatlar aparılacaq və vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq. Prezident qeyd edib ki, son 15 ildə sosial məsələlərin həllinə xüsusi diqqət yetirilib: "Maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. Ümumiyyətlə,sosial siyasət daim diqqət mərkəzindədir. Bir də demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşınınmaraqları, rifahı daim diqqət mərkəzində olacaq".
Məcburi köçkünlərlə bağlı məsələyə toxunan dövlət başçısı bildirib ki, onlarla bağlı məsələləri unutmayacağıq və bu məsələlər həmişə uğurla həll edilir: " Məcburi köçkünlər üçün100-ə yaxın qəsəbə salınıb. 280 -290 min məcburi köçkün yeni evlərlə təmin edilib. Bundansonra da bu istiqamətdə səylər davam etdiriləcək. Məcburi köçkünlərin məişət problemləri, məşğulluq məsələləri daim diqqət mərkəzindədir və gələcəkdə də bu yolda addımlar atılacaq".
"Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaq”

Prezidentin sözlərinə görə, nəzərə alınmalıdır ki, indi dünyada və Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan qaldırır: "Yeni texnologi müəssisələrin yaradılması bizim planlarımıza daxildir. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq”.

Prezident qeyd edib ki, Azərbaycan son illər ərzində intellektual məhsulun ixracatçısına çevrilib: "Asan Xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir, çünki insanlara xidmət göstərir. 13 "Asan Xidmət” mərkəzimiz var, bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər 20-ə çatacaq. İndiyə qədər "Asan Xidmət” mərkəzlərində 20 milyona qədər müraciətə baxılıb. "Asan Xidmət” mərkəzlərində xidmətləri bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq. Həm inzibati, cəza tədbirləri, həm də ən böyük effekt verən sistem xarakterli, institusional tədbirlər görülür. "Asan Xidmət” onlar arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.
Dövlət başçısı bildirib ki, əgər sən kimdənsə asılısansa - ya kreditdən, ya da başqa dövlətdən - heç vaxt sözün əsl mənasında müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan: "Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər. Ona görə də, biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. İndi heç bir kreditə möhtac deyilik. Biz özümüz kreditlər veririk. Dövlət borcumuz Ümumi Daxili Məhsulun 20 faizini təşkil edir. Qarşıma vəzifə qoymuşam ki, dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq".

Azərbaycan iqtisadiyyatının son 15 ildə 3,2 dəfə artdığını söyləyən prezident qeyd edib ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur: "Qeyri-neft ixracatımız 4 dəfədən çox artıb. Sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi var. Xarici, yerli sərmayələr bundan sonra da qoyulacaq".
"Şahdəniz-2”, "Cənubi Qafqaz Kəməri” və TANAP bu il istifadəyə veriləcək”

Prezident qeyd edib ki, iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir: "Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğuBakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonraBakı-Tbilisi-Ərzurumqaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Hazırda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Cənub Qaz Dəhlizi layihələrinin üçü - "Şahdəniz-2”, "Cənubi Qafqaz Kəməri” vəTANAP bu il istifadəyə veriləcək”.

Dövlət başçısı nəzərə çatdırıb ki, biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik: "Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində "Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olub və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək”.
Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycan qonşularla əməkdaşlıq edərək regional infrastruktur da yaradıb: "Keçən ilin oktyabrındaBakı-Tbilisi-Qarsdəmir yolunun açılışı növbəti tarixi nailiyyətimizdir. Qonşularla birlikdə bu tarixi yolu biz istifadəyə verdik və indi Azərbaycan ərazisindən yüklərin daşınması gündən-günə artmaqdadır. Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və Azərbaycan ərazisində bütün işləri tamamladıq. İndi biz, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir”.
Prezident bildirib ki, son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var: "Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Dövlət başçısı vurğulayıb ki, bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olub: "Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.


banner

Oxşar Xəbərlər