• cümə axşamı, 25 aprel, 08:25
  • Baku Bakı 14°C

İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrini qəbul edib

12.04.19 11:48 333
İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın "Dostluq” ordenini təqdim edib.
Xanım Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.


banner

Oxşar Xəbərlər