• cümə, 29 Mart, 16:31
  • Baku Bakı 14°C

İlham Əliyev: “Roma Papasının bəyanatları bir daha ölkəmizin önəmini təsdiqləyib”

10.01.17 15:35 760
İlham Əliyev: “Roma Papasının bəyanatları bir daha ölkəmizin önəmini təsdiqləyib”
Azərbaycan prezidentiİlham ƏliyevNazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il qazanılan uğurlardan danışıb.
APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevötən il Cənub Qaz Dəhlizi və "Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını,TANAPlayihəsinin böyük hissəsinin icra edildiyini nəzərə çatdırıb.
Dövlət başçısı deyib ki, 2016-cı ildə Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı tədbirlər görülüb. O bildirib ki, 2016-cı il idman sahəsində də uğurlarla yadda qalıb: "Azərbaycan idmançıları Rio-2016 Olimpiya Oyunlarında tarixi nailiyyətlərə imza atıblar”.
Prezident keçən ilin sentyabrında baş tutan referendumun nəticələrindən də danışıb: "Referendum xalqımızın iradəsini əks etdirib”.
Ötən ilin Azərbaycanda "Multikulturalizm ili” elan edildiyini xatırladan prezidentİlham Əliyevbu çərçivədə Bakıda bir neçə mötəbər tədbir keçirildiyini qeyd edib: "Roma Papasının Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar bir daha ölkəmizin önəmini təsdiqləyib”.
İ. Əliyev onu da əlavə edib ki, 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısı səfər edib, beynəlxalq təşkilatlarla əlaqələr genişlənib.
banner

Oxşar Xəbərlər