• şənbə, 20 Aprel, 16:33
  • Baku Bakı 23°C

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi

31.03.14 19:28 1220
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
İlham Əliyev Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
banner

Oxşar Xəbərlər