• cümə axşamı, 28 mart, 22:49
  • Baku Bakı 13°C

İlham Əliyev: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”

14.06.17 20:43 1725
İlham Əliyev: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”
"Bu gün Milli Qurtuluş Günü ərəfəsidir. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidentiİlham ƏliyevCəbrayılrayonunun Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə söyləyib.
Dövlət başçısı deyib ki, Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində ölkədə sabitlik bərqərar olub, inkişafa start verilib: "Bugünkü Azərbaycan dünya miqyasında seçilən bir ölkədir. Təəssüf edirəm, hamımız təəssüf edirik ki, müstəqilliyimizin ilk günlərindən Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olmayıb. Əgər rəhbərlikdə olsaydı, bir qarış torpaq da işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik etmiş insanlar zəiflik, qorxaqlıq göstərdilər. AXC-Müsavat cütlüyünə gəlincə, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Əgər Heydər Əliyev müstəqilliyimizin ilk illərində hakimiyyətdə olsaydı, özümüzü bəlalardan qoruya bilərdik”.
Prezidentİlham Əliyevqeyd edib ki, Azərbaycan güclü iqtisadiyyata malikdir, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir: "Bu gün Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır. Aprel döyüşləri də bunu göstərdi. Biz, Azərbaycan cəmiyyəti bunu bilirdi. Aprel döyüşləri dünyaya bunu əyani göstərdi. Bu gün Azərbaycan ordusu torpaqlarını düşməndən azad etməyə qadirdir”.
banner

Oxşar Xəbərlər