• cümə axşamı, 25 aprel, 19:17
  • Baku Bakı 21°C

İlham Əliyev Qazaxıstanın yeni Prezidentinə telefonla zəng edib

10.06.19 17:21 524
İlham Əliyev Qazaxıstanın yeni Prezidentinə telefonla zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstanın Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng etmişdir.
Bu barədə Trend-ə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Dövlətimizin başçısı Qasım-Jomart Tokayevə Prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırmış, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.
Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirmiş, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışlar.
banner

Oxşar Xəbərlər