• cümə, 29 Mart, 01:19
  • Baku Bakı 7°C

İlham Əliyev: “Pakistanın Azərbaycanı açıq şəkildə dəstəkləməsi qardaşlığımızın real göstəricisidir”

13.04.21 14:26 836
İlham Əliyev: “Pakistanın Azərbaycanı açıq şəkildə dəstəkləməsi qardaşlığımızın real göstəricisidir”
"Pakistan qarşıdurmanın ilk günlərindən Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələr sırasında idi. Pakistan son günədək bizim tərəfimizdə olub”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Dövlət başçısı Pakistan hökumətinə və Pakistan xalqına Azərbaycanın ərazi bütövlüyü ilə əlaqəli məsələlərdə nümayiş etdirdiyi davamlı yanaşmaya görə minnətdarlığını bildirib: "Pakistan təcavüz və işğala görəErmənistanladiplomatik əlaqə yaratmayan bir neçə ölkədən biridir. Pakistana kimi çox az ölkə var. Biz buna görə çox minnətdarıq. Bu bizim qardaşlığımızın real göstəricisidir”.

banner

Oxşar Xəbərlər