• cümə, 29 Mart, 09:26
  • Baku Bakı 5°C

İlham Əliyev: “Növbəti illərdə vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq”

18.04.18 14:55 827
İlham Əliyev: “Növbəti illərdə vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq”
"Növbəti illərdə çox ciddi islahatlar aparacağıq və əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq".
APA-nın xəbərinə görə, bunu prezidentİlham Əliyevandiçmə mərasimində deyib.
O bildirib ki, Azərbaycan yoxsulluğa qarşı mübarizədə çox böyük uğurlara imza atıb: "Yoxsulluq 50%-dən 5,4 faizə düşüb. Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Baxmayaraq ki, son 15 ildə əhalinin sayı 1,5 milyon artıb, iş yerləri də təxminən o səviyyədə artıb. İş yerlərinin yaradılması məsələsini daim diqqətdə saxlayacağıq. Yeni iş yerlərinin yaradılması üçün daha çevik siyasət aparmalıyıq”.
Prezident qeyd edib ki, son 15 ildə sosial məsələlərin həllinə xüsusi diqqət yetirilib: "Maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. Ümumiyyətlə,sosial siyasət daim diqqət mərkəzindədir. Bir də demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşınınmaraqları, rifahı daim diqqət mərkəzində olacaq".
Məcburi köçkünlərlə bağlı məsələyə toxunan dövlət başçısı bildirib ki, onlarla bağlı məsələləri unutmayacağıq və bu məsələlər həmişə uğurla həll edilir: " Məcburi köçkünlər üçün100-ə yaxın qəsəbə salınıb. 280 -290 min məcburi köçkün yeni evlərlə təmin edilib. Bundan sonra da bu istiqamətdə səylər davam etdiriləcək. Məcburi köçkünlərin məişət problemləri, məşğulluq məsələləri daim diqqət mərkəzindədir və gələcəkdə də bu yolda addımlar atılacaq"
banner

Oxşar Xəbərlər