• çərşənbə axşamı, 19 mart, 09:07
  • Baku Bakı 8°C

İlham Əliyev: "Müəllimlərin əməkhaqqı daha da artmalıdır"

15.09.17 15:47 3066
İlham Əliyev: "Müəllimlərin əməkhaqqı daha da artmalıdır"
"Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Bu prosesə ilk təkanıHeydər Əliyev Fondu verib. ‘Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəb tikildi”.

APA-nın məlumatına görə, bunu bu gün prezidentİlham ƏliyevArif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, 2004-cü ildən bu günədək 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılıb, bir çox məktəb yenidən tikilib: "Bu proses davam edir və edəcək. Çünki qəzalı vəziyyətdə məktəblər var. Digər tərəfdən, Azərbaycanda uğurlu iqtisadi siyasət inkişafı ilə əhalinin sayında artım müşahidə olunur. Bu, çox müsbət haldır, ölkəmizin inkişafını göstərir. Nə qədər əhalimiz artsa, ölkəmiz də o qədər də güclənəcək. Hər il məktəblərə gələn uşaqların sayı artır. Belə olanda hər il məktəblərin tikintisi prosesi davam etdirilməlidir. Məktəblərin maddi-texniki bazasının güclənməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır, biz bunu görürük. Son illər bu, özünü ali məktəblərə qəbul imtahanlarında özünü büruzə verir. Bizim məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanıblar, onların aralarında qızıl medal da var. Təhsilin keyfiyyəti bizim üçün prioritet məsələdir. Ancaq şagirdlərdən və müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb tək şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin də əməkhaqqı artır. Xüsusən, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Mənə verilən məlumata görə, Bakı şəhərində müəllimlərin orta aylıq əməkhaqqı 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir. Müəllimlərin əməkhaqqı daha da artmalıdır, nə qədər artarsa, o qədər yaxşıdır”.
banner

Oxşar Xəbərlər