• cümə, 19 Aprel, 05:39
  • Baku Bakı 18°C

İlham Əliyev “Microsoft International” şirkətinin rəhbəri ilə görüşüb

24.01.14 10:17 1040
İlham Əliyev “Microsoft International” şirkətinin rəhbəri ilə görüşüb
Görüşdə Azərbaycan ilə “Microsoft International” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olundu.
Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirildi. Həmçinin “Microsoft”un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulandı.
banner

Oxşar Xəbərlər