• cümə axşamı, 25 aprel, 15:54
  • Baku Bakı 23°C

İlham Əliyev mədəniyyət işçilərini təltif etdi

27.09.17 19:41 1394
İlham Əliyev mədəniyyət işçilərini təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının"Tərəqqi” medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb.Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilib:

Abasova Aygün Elşad qızı
Səlimov Yalçın Ramiz oğlu.


Prezident eyni zamanda Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilətəltif edilməsi haqqındasərəncam imzalayıb. Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Ağayeva Püstə Tofiq qızı
Məlikova Təranə Nadir qızı
Zeynalova Rəma Mais qızı.

Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarınafəxri adların verilməsi haqqındasərəncam imzalayıb. Sərəncamla Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Əməkdar rəssam”
Bəşirov Taryer Ağaveyis oğlu
"Əməkdar mədəniyyət işçisi”
Şirəliyeva Asya Əlimövsüm qızı.

Bundan əlavə, prezident Təranə İsgəndərovanın "Tərəqqi” medalı ilətəltif edilməsi haqqındasərəncam imzalayıb. Sərəncamla Azərbaycanda mədəni irsin təbliğində səmərəli fəaliyyətinə görə Təranə Qulam-Rza qızı İsgəndərova "Tərəqqi” medalı ilə təltif edilib.

Prezident İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına"Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:
Əfəndiyev Toğrul Rasim oğlu
Əsədova Xədicə Vəli qızı
Həbibova Sevda Nürəddin qızı
Məlikova Əminə Zakir qızı
Nuriyeva Mehriban Qulam qızı.
banner

Oxşar Xəbərlər