• çərşənbə axşamı, 23 aprel, 19:36
  • Baku Bakı 20°C

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

16.09.16 17:17 76
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb. AzərTAc xəbər verir ki, MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Əvvəlcə Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Sonra Almazbek Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşılayıb. Prezidentlər birgə foto çəkdirdiblər.

MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə görüşlə davam edir.
banner

Oxşar Xəbərlər