• cümə axşamı, 28 mart, 17:09
  • Baku Bakı 16°C

İlham Əliyev: Keçən il Azərbaycanda 118 min daimi iş yeri yaradılıb

12.01.19 13:15 470
İlham Əliyev: Keçən il Azərbaycanda 118 min daimi iş yeri yaradılıb
Keçən il 118 min daimi iş yeri yaradılıb. İşsizliyin aşağı səviyyədə saxlanması üçün bu, çox əhəmiyyətli məsələdir.
Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
İxracla bağlı yaxşı göstəricilərin olduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, ixrac 36 faiz artıb: "Ümumi rəqəmi götürsək, ixracımız 19 milyard dollara çatıb.Xarici ticarət balansında müsbət saldo – yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir. Əgər ölkələrə biz nəzər salsaq görərik ki, bu da dünya miqyasında nadir hallarda müşahidə olunan mənzərədir. Ölkələrin əksəriyyətində idxal ixracı üstələyir. Azərbaycanda isə biz bunun əksini görürük. Özü də biz ölkəyə ixracla bağlı daha çox - 8,6 milyard dollar pul gətirmişik, nəinki xərcləmişik. Əgər biz buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm daha da artacaq".
Prezident qeyd edib ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib: "Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Turizmin inkişafı ilə bağlı apardığımız siyasət, ilk növbədə, maliyyə sahəsində özünü büruzə verir. Həm ölkəmizi tanıtdırırıq, həm də pul qazanırıq".
banner

Oxşar Xəbərlər