• çərşənbə, 24 Aprel, 01:27
  • Baku Bakı 14°C

İlham Əliyev İsveçrə prezidenti ilə Qarabağ münaqişəsindən danışıb

23.01.14 19:01 1244
İlham Əliyev İsveçrə prezidenti ilə Qarabağ münaqişəsindən danışıb
Yanvarın 23-də Davosda prezident İlham Əliyevlə İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin görüşü olub. AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib.
Siyasi, iqtisadi, energetika, sərmayə qoyuluşu, tikinti və bank sektorunda əməkdaşlığın böyük potensiala malik olduğu bildirilib və bu sahələrdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı Azərbaycanın sürətli iqtisadi inkişafının ikitərəfli əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib, qarşılıqlı investisiyaların bundan sonra da genişlənəcəyi vurğulanıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran başqa məsələlər müzakirə edilib.
banner

Oxşar Xəbərlər