• cümə axşamı, 25 aprel, 20:11
  • Baku Bakı 21°C

İlham Əliyev: Heç kimə güzəşt edilmir və edilməyəcək

10.10.18 15:15 493
İlham Əliyev: Heç kimə güzəşt edilmir və edilməyəcək
Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır.
AZƏRTACxəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı vergidən yayınma hallarının əvvəlki illərdə kütləvi xarakter daşıdığını, bu gün bu hallara son qoyulduğunu vurğulayaraq, bütün dövlət orqanlarının vergi orqanlarına kömək göstərməli olduqlarını diqqətə çatdırıb.
"Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq”,- deyə Prezident bildirib.
banner

Oxşar Xəbərlər