• cümə, 19 Aprel, 16:04
  • Baku Bakı 25°C

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik edib

29.10.13 10:26 1889
İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik edib
APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Marqvelaşvili!
Gürcüstan prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycanla Gürcüstan arasında tarixən təşəkkül tapmış mehriban qonşuluq və dostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur.
Əminəm ki, ölkələrimiz arasındakı bu ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlığımız və çoxşaxəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da hərtərəfli inkişaf edəcək və möhkəmlənəcək.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.
banner

Oxşar Xəbərlər