• cümə, 19 Aprel, 12:38
  • Baku Bakı 25°C

İlham Əliyev Fransua Ollanda başsağlığı verdi

07.01.15 18:38 309
İlham Əliyev Fransua Ollanda başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.
Başsağlığında deyilir: "Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı.
Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
banner

Oxşar Xəbərlər