• cümə axşamı, 18 aprel, 21:38
  • Baku Bakı 21°C

İlham Əliyev: “Ermənistan qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır”

01.03.17 23:13 598
İlham Əliyev: “Ermənistan qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır”
"BMTTəhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur".
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentiİlham Əliyevİslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxış edərkən bildirib.
Dövlət başçısı bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı,ATƏT,Avropa Parlamenti,Avropa ŞurasıParlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul ediblər: "İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılıb. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.
banner

Oxşar Xəbərlər