• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

İlham Əliyev: “Dünya birliyinin əksəriyyəti bizi dəstəkləyir”

18.04.18 14:42 1062
İlham Əliyev: “Dünya birliyinin əksəriyyəti bizi dəstəkləyir”
"Azərbaycan son 15 ildə beynəlxalq aləmdə çox böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqeyimiz möhkəmlənir".
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev andiçmə mərasimində deyib.
Azərbaycanın beynəlxalq aləmdə çox müsbət reputasiyaya malik olduğunu vurğulayan İ. Əliyev bildirib ki, dünya birliyinin Azərbaycanaböyük rəğbəti var: " Əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Bunun ən bariz sübutu isə 155 ölkənin dəstəyi iləBMTTəhlükəsizlik Şurasına seçilməyimiz olub. Bu gənc dövlət üçün çox böyük bir nailiyyətdir. Dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir".
İ. Əliyevin sözlərinə görə, Azərbaycan son 15 ildə qonşu dövlətlərlədaha da sıx münasibətlər qura bilib vəikitərəfli münasibətlər indi ən yüksək səviyyədədir: "Qonşu dövlətlərlə heç bir problemimiz yoxdur. Bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Bu da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıb və bu işlək formatlardır. Bu yaxşı münasibətlərregionda sabitliyə öz müsbət təsirini göstərir. Biz beynəlxalq təşkilatlar çərçivəsində çox fəalıq və fəal işləməyə də davam edəcəyik".
banner

Oxşar Xəbərlər