• cümə, 19 Aprel, 21:00
  • Baku Bakı 24°C

İlham Əliyev: “Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib”

18.04.18 14:37 891
İlham Əliyev: “Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib”
"Bəzi hallarda bizi tənqid edirdilər ki, ordu quruculuğu ilə bağlı niyə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq”.
APA-nın məlumatına görə, bunu bu gün prezidentİlham ƏliyevMilli Məclisdə andiçmə mərasimində söyləyib.
Dövlət başçısı deyib ki, bu gün Azərbaycan ordusu təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır: "Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, bizim böyük qələbəmizdir. Azərbaycan ordusuAğdərə,Füzuli,Cəbrayılrayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Biz minlərlə hektar torpağa nəzarət edirik, bu torpaqlara həyat qayıdır. Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır. Bu torpaqlarda yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.
Prezidentİlham Əliyevbildirib ki, Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib: "Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, ruhlandırır”.
banner

Oxşar Xəbərlər