• cümə axşamı, 25 aprel, 17:01
  • Baku Bakı 23°C

İlham Əliyev: "Cənub Qaz Dəhlizi"nin icrasına heç nə mane ola bilməz"

23.02.17 12:52 1036
İlham Əliyev: "Cənub Qaz Dəhlizi"nin icrasına heç nə mane ola bilməz"
"2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təməlini qoyduğumuz Trans-Anadolu Qaz Boru Xətti (TANAP) "Cənub Qaz Dəhlizi" layihəsinin dönüş nöqtəsi olub". "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentiİlham ƏliyevBakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısında çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin əsas parçası olanTANAPlayihəsi çərçivəsində işlərin 65%-i, "Cənub Qafqaz Boru Xətti" layihəsinin 80%-i, Trans-Adriatik Qaz Boru Xətti (TAP) layihəsinin 35%-i tamamlanıb. Ölkə başçısı əlavə edib ki, "Şahdəniz" yatağının 90%-i işlənilib.
"2011-ci ildə Rəcəb Tayyib ƏrdoğanlaTANAP-a imza atdıq. İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu. Bundan sonra digər anlaşmalar imzalandı.TANAPanlaşması olmasaydı, bu layihə reallaşmazdı", - deyə prezident vurğulayıb.
Ölkə başçısı onu da qeyd edib ki,TANAPlayihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb.
"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər