AZE | RUS | ENG |

İlham Əliyev: "Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb"

İlham Əliyev:
"İdman sağlam həyat tərzidir. İdman gəncləri vətənpərvərlik ruhunda tərbiyə edir. İdman ölkələri dünya miqyasında tanıdır. Əgər biz Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş ölkələrin siyahısına baxsaq görərik ki, onların tam əksəriyyəti inkişaf etmiş ölkələrdir. Yəni, ancaq inkişaf etmiş ölkələrdə idman daha çox inkişaf edə bilər. Azərbaycan da inkişafda olan ölkədir”. APA-nın xəbərinə görə, bu sözləri Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı mərasimində prezident İlham Əliyev bildirib.
 
Dövlət başçısının sözlərinə görə, Ağcabədidə belə bir mərkəzin yaradılması onu göstərir ki, hökumət hətta iqtisadi cəhətdən o qədər asan olmayan illərdə də sosial sahəyə, idman sahəsinə böyük investisiyalar qoyur: "İdman ictimai həyatımızın tərkib hissəsidir, bu, sosial siyasətimizin təzahürüdür”.   
 
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının bu gün güclü iqtisadiyyat olduğunu və hökumət qarşısında  heç bir maliyyə problemi olmadığını qeyd edib: "Ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək”.
 
"Növbəti illərdə Ağcabədidə kənd yollarının tikintisi davam etdiriləcək. Bir neçə kənd yolu layihəsi icra edilib və gələn ildə də nəzərdə tutulur. Çoxmənzilli yaşayış binalarının təmiri məsələsi də gündəlikdədir, abadlıq işlərinə əlavə vəsait ayrılacaq və bir sözlə, rayonun sosial-iqtisadi inkişafı əminəm ki, bundan sonra da uğurla təmin ediləcəkdir.
 
Biz Ağcabədi rayonunun timsalında ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını görürük. Həm sosial, həm mədəniyyət, təhsil, idman, kənd təsərrüfatı, emal sənayesi sahələrində nəticələr göz qabağındadır və biz, ümumiyyətlə, 2017-ci ili uğurla başa vururuq. Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb. Həm iqtisadi sahədə, xarici siyasət sahəsində, hərbi sahədə çox böyük nailiyyətlərimiz var”, - deyə prezident qeyd edib. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6296
GBP 1 İngilis funt sterlinqi 2.2077
TRY 1 Türk lirəsi 0.2957
KWD 1 Küveyt dinarı 5.6039
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9496
CHF 1 İsveçrə frankı 1.7086
USD 1 ABŞ dolları 1.7000