AZE | RUS | ENG |


İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib

İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib.
 
APA-nın məlumatına görə, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017” superturnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov bildirib ki, bu cür mötəbər turnirin keçirilməsi həm Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfəsini verir və həm də regional turizmin inkişaf etdirilməsi baxımından önəmlidir.
 
O, dünyada xeyli sayda insanın bu tədbirə böyük maraq göstərdiyini deyib.
 
"Shamkir Chess 2017” superturnirin əhəmiyyətinə toxunan dövlət başçısı onun artıq ənənəvi bir tədbirə çevrildiyini, şəxsən Kirsan İlümjinovun və dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakını tədbirin səviyyəsinin daha da yüksəlməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu cür mötəbər beynəlxalq tədbirlərin təkcə Bakıda deyil, Azərbaycanın regionlarında da keçirilməsinin önəmini qeyd edib. Dövlət başçısı ümumilikdə Azərbaycanın regionlarının inkişaf etdirilməsi və lazımi infrastrukturun yaradılması baxımından ölkəmizdə böyük işlərin görüldüyünü vurğulayıb.
 
Söhbət zamanı Azərbaycanda dövlət səviyyəsində idmana böyük qayğı göstərildiyi bildirilib və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.3022
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6445
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0368
CHF 1 İsveçrə frankı 1.7698
USD 1 ABŞ dolları 1.7007