İlham Əliyev Barak Obamaya başsağlığı verdi

İlham Əliyev Barak Obamaya başsağlığı verdi

Təfsilat
15 Dekabr 2012, 09:40 1248
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya başsağlığı verib.

"Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbər məni son dərəcə sarsıtdı və kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayıram", - Azərbaycan Prezidentinin məktubunda deyilir.