• cümə, 29 Mart, 02:32
  • Baku Bakı 7°C

İlham Əliyev: Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır

08.02.19 09:45 435
İlham Əliyev: Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır
Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda sakinlərlə görüşündə deyib.
Dövlət başçısı vurğulayıb ki, vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır:
"Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlamalıdır. Vəsait də ayrılacaq”.
banner

Oxşar Xəbərlər