• cümə, 19 Aprel, 15:27
  • Baku Bakı 25°C

İlham Əliyev: “Azərbaycan beynəlxalq tədbirlərin keçiriməsində kifayət qədər təcrübəyə malikdir”

23.11.16 14:06 1070
İlham Əliyev: “Azərbaycan beynəlxalq tədbirlərin keçiriməsində kifayət qədər təcrübəyə malikdir”
Azərbaycan prezidentiİlham ƏliyevBeynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
APA-nın məlumatına görə, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez rəhbərlik etdiyi qurumun Konqresinin Azərbaycanda keçirilməsinin önəmini qeyd edərək bu tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağını bildirib.
O, yaradılan şəraitin və bütün idman obyektlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb. Qonaq, ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən "Formula-1” yarışının çox yaxşı təşkilinin dünyada maraqla izlənildiyini deyib.
Prezidentİlham Əliyevölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olduğunu qeyd edib. Dövlət başçısı bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımızın kanoe idman növündə ilk dəfə medallar qazandıqlarını məmnunluqla qeyd edib və bildirib ki, bu nailiyyət gələcəkdə idmanın bu növünə marağın artmasına gətirib çıxaracaq.
Görüşdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olunub.
banner

Oxşar Xəbərlər