• çərşənbə axşamı, 23 aprel, 10:13
  • Baku Bakı 20°C

İlham Əliyev Albaniya Prezidentini təbrik edib

26.11.16 19:11 1010
İlham Əliyev Albaniya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişanini təbrik edib.
Trend-in məlumatına görə təbrikdə deyilir:"Albaniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
banner

Oxşar Xəbərlər