AZE | RUS | ENG |

İldırım vurması nəticəsində qatarların hərəkəti dayandırılıb

İldırım vurması nəticəsində qatarların hərəkəti dayandırılıb
Böyük Kəsik-Bakı və Qazax-Bakı qatarları paytaxta 5 saatdan çox ləngimə ilə çatır

Bu gecə Azərbaycan ərazisində ildırım vurması nəticəsində dəmir yolu qatarlarının hərəkəti dayandırılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Dəmiryol İdarəsindən məlumat verilib. Biləcəridən Hacıqabul istiqamətində hərəkətdə olan yük vaqonlarını daşıyan elektrovozu Hacıqabulun Pirsaat kəndi ərazisində ildırım vurub. Nəticədə dəmir yolunun elektrik xəttində enerji kəsilib. İki saatdan çox hər iki istiqamətdə qatarların hərəkəti dayanıb. Bundan başqa «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, Qazax-Bakı, Böyük Kəsik-Bakı, Balakən-Bakı, Ağstafa-Bakı və s. istiqamətdə sərnişin və yük qatarlarının hərəkəti iki saatdan çox dayandırılıb. Gecə saat 03:30 radələrində qatarların hərəkəti bərpa olunub. Nəticədə, bütün qatarlar Bakıya gecikmə ilə gəlib. Böyük Kəsik-Bakı və Qazax-Bakı qatarları isə hələlik Bakıya çatmayıb. QSC-dən verilən məlumata görə, Böyük Kəsik-Bakı qatarı Bakıya 09:20-də, Qazax-Bakı isə 09:50-də çatmalı olduğu halda, bu qatarlar Biləcəri stansiyasına yalnız 14:30-da çatıb və təqribən 15:00-da həmin qatarlar təyinat məntəqəsində olacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916