İlahiyyat İnstitutunda məzunlarla görüş keçirilib - Fotolar
Azərbaycan
İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov
tədbir iştirakçılarını salamlayaraq, Bakı Dövlət Universitetinin
(BDU) İlahiyyat fakültəsini müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə
keçirilən görüşü əlamətdar hadisə adlandırıb. Onları bir arada görməkdən
məmnunluğunu ifadə edən rektor vaxtilə İlahiyyat fakültəsində təhsil alan gənclərin
hazırda dövlət qurumlarında, qeyri-hökümət təşkilatlarında və özəl şirkətlərdə
peşəkar kadr kimi müxtəlif vəzifələrdə çalışdığını bildirib.
Aİİ
rəhbəri Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu
siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən
qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin siyasəti
hazırda böyük uzaqgörənliklə və uğurla davam etdirdiyini vurğulayıb. Ölkəmizdə
bir çox dini ibadət ocaqlarının təmir və bərpa olunduğunu, yeni dini təhsil müəssisələrinin
yaradıldığını, dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrıldığını, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun bu sahədə məqsədyönlü
işlər gördüyü və uğurlu layihələrə imza atdığını diqqətə çatdırıb.
C.Məmmədov
çıxışına davam edərək, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci
il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə
ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, müvafiq Sərəncama əsasən, Bakı
Dövlət Universiteti İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun
strukturuna daxil edildiyini vurğulayıb. İnstitutun yaradılmasının əsas məqsədi
Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi
olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini,
dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin
hazırlanmasını təmin etməkdən ibarətdir.
C.Məmmədov
İlahiyat fakültəsinin məzunlarının gələcəkdə İnstitut həyatında yaxından
iştirak edərək, bu ali təhsil ocağında keçirilən layihələrə
dəstək olacaqlarına, həmçinin tələbələrin müxtəlif müəssisələrdə təcrübə keçmələri
və işlə təmin olunmaları üçün mümkün şərait yaradacaqlarına ümidvarlığını ifadə
edib.
İlahiyyat
fakültəsinin 2004-cü il məzunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr
müavini Gündüz İsmayılov çıxışında bildirib ki, Azərbaycanda dini etiqad
azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və
multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilib. Bu baxımdan, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident
İlham Əliyevin Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin
qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.
Prezident
Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov məruzəsində Azərbaycan
İlahiyyat İnstitutunun yaradılmasını ölkə rəhbərliyinin milli dəyərlərimizə
göstərdiyi diqqətin bariz nümunəsi adlandırıb. O bildirib ki, məzun olaraq borcumuz İlahiyyat İnstitutuna dəstək
olmaq, ali təhsil müəssisəsinin qarşısına qoyduğu məqsədlərin həyata vəsiqə
qazanmasında əlimizdən gələn səyi əsirgəməməkdir.
1995-2000-ci
illərdə İlahiyyat fakültəsində oxumuş Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı
direktoru Mehman İsmayılov vurğulayıb ki, Aİİ-nin hazırlayacağı kadrlar milli-mənəvi
dəyərlərimizin qorunmasına, xalqımızın əsrlərin sınağından süzülüb-gələn
mental ənənələrinin mühafizəsinə layiqli töhfələrini verəcəklər.
"Şəms” Tərcümə Mərkəzinin direktoru Nəsimi
Həsənov məzunlarla bir arada olmaqdan məmnunluğunu ifadə edib. Belə görüşlərin
hər il təşkil olunmasının vacibliyini qeyd edərək, hər bir məzunun Aİİ-yə dəstək
olmağa hazır olduğunu vurğulayıb.
"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər dini
radikalizmə qarşı mübarizədə, milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində
ilahiyyatçıların danılmaz rolunu qeyd edərək,
Aİİ-nin maarifləndirmə işinin təşkilində
mühüm işlərə imza atacağına
ümidvar olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.