İlahi eşqin Zəlimxan Yaqubu
Orta məktəbi yarılamış vaxtlarım
idi. Utanıb üzə çıxarmadığım beş-altı şeirimlə nəfəs alırdım. Hərdən açıb
oxuyur, qəribə bir həzz alır, saralmış vərəqləri gizli xəzinə kimi yenidən
hansısa kitabın arasına qoyurdum. Bir dəfə televizorumuzda dərinnəfəs, şələbığ
bir kişi şeir deyirdi. Atam televizorun səsini artırdı. Anam dördayağın üstündə
yaydığı yuxadan əl çəkib oxlovunu astaca dördayağın qırağına döyəclədi ki,
sakit olaq. Ailəlikcə hamımız köhnə "əlli iki ekran” televizordakı kişiyə qulaq
asırdıq. Kişi gah danışır, gah da şeir söyləyirdi. Bayaqdan fətir gözləyən ailə
peçin üstündə yanan yuxadan xəbərsiz ekrandan asılmışdı. Kişi elə danışırdı,
elə danışırdı ki, elə bil bu saat ekranı yarıb evimizə girəcəkdi. Atam hərdən
uca səslə ekrana "sağ ol” deyib yerini rahatlayır, anam əsgərlikdə olan böyük
qardaşıma yalvarıb, ekrandakı kişiyə dua eləyirdi. Şələbuğ kişi elə bil bizim
ailəni yaxından tanıyır, eşitmək istədiyimiz sözləri deyib dalıyca şeir oxuyur,
atamın ürəyindən tikan çıxardırdı.
Azərbaycan ədəbiyyatının xəritəsini gözümün önünə gətirirəm və İzzəddin Həsənoğlundan tutmuş Salam Sarvana qədər mübaliğəsiz, tərifsiz, sadə bir müşahidə aparıram. Fikirlərimi belə deyə bilərəm ki, bütün şairləri bulağa bənzətsəm, hamısı mövcuddur. Lakin bəzi bulaqlar gur, bəziləri zəif, bəziləri də su qıtlığı yaşayır. Səməd Vurğun, Zəlimxan Yaqub kimi bir əl barmaqları sayda şairlərimiz isə bulaqlıq anlayışından çıxıblar. Onların ilhamını, nəfəsini coşmuş şəlaləyə bənzətmək olar. Adicə, Zəlimxan Yaqubun hansısa tədbirdə çəkilmiş çıxışını izləyəndə adama elə gəlir ki, şair öncədən yazıb əzbərlədiyi mətnini oxuyur. Onun əllərində vərəq görməyəndə oxucu diksinir. Elə Zəlimxanın böyüklüyüvərəqsizliyində, əzbərsizliyindədir. Mənə elə gəlir ki, Zəlimxan Yaqubun beyin hüceyrələrinin böyük bir hissəsi sinonim sözlərlə dolmuşdu. Ola bilər ki, Azərbaycan ədəbiyyatında Zəlimxandan çox sinonim söz tapan şairlərimiz olar. Ancaq məsələ burasındadır ki, Zəlimxan sinonim sözü axtarıb tapmırdı, bütün sinonimlər, omonimlər, hətta antonimlər də onun bazasında anadangəlmə mövcud idi.
Elşad Barat
Həmin gün az qalırdım ki,
utandığım şeirlərimdən hansısa birini çıxardıb uca səslə hamıya oxuyum.
Ekrandakı kişidən sonra şeirlərimə hörmətim, sevgim daha çoxalmışdı. Özümü
böyük şair hesab edirdim. Elə bilirdim ki, dünyada iki şair var, biri ekrandakı
kişi, biri də mən. Evdə böyüklərin ona olan diqqətini özümə qarşı
sevgi-məhəbbət sanırdım. Bir anlığa özümü onun yerində hiss edib xoşbəxt
olurdum. Dəfələrlə yuxuda onun yanında dayanıb televizorda şeir demişdim. Hələ
sevdiyim qızın televizorda məni görüb nə düşünəcəyi haqqında sual dolu xəyallar
da qurmuşdum.
İllər sonra başa düşdüm ki, şeir
nədir, şair kimdir və ilk şeirlərimdən utanmamağı mənə öyrədən, ilk poeziya
müəllimim televizordakı kişi – Zəlimxan Yaqubdur. Bəlkə də Zəlimxan Yaqub
olmasaydı, onunla görüşmək, o olmaq arzusu içimə dolmasaydı universitetə sənət
verməzdim. Kənddən ayrılıb şəhərə gəlmək, Zəlimxan Yaqub olmaq, onun kimi
televizorda şeir demək arzusu uşaq ürəyimə dolmasaydı bəlkə də tələbə adını
qazanmazdım. Universitetə daxil olmağım xəyallarımdakı şair Zəlimxan obrazının
mənə qazandırdığı ikinci uğur idi.
Hər dövr üçün düşünmək olar ki,
müəllim təkcə sənə auditoriyada üçbucağın sahə düsturunu izah edən, ya da
fizikadan düzxətli bərabərsürətli hərəkətin mahiyyətini başa salan adam deyil.
Boşuna deyilməyib ki, ən böyük müəllim həyatdır. Çünki hər addımda həyat sənə
nəsə öyrədir. Deməli, yaxşı mənada sənə nəsə öyrədən hər kəs sənin
müəllimindir. Dünyanın ən məşhur universitetlərindən birində dərs deyən
professorun fikirləri sənə yad ola bilər. Elə bir insan da ola bilər ki, sənə
auditoriyada dərs deməz, heç səninlə kəlmə də kəsməz, ancaq sən onun
duruşundan, əl hərəkətlərindən, hardasa elədiyi
söhbətlərindən,baxışından, üzündəki sənə doğma olan ifadədən çox şeylər
öyrənib özünü formalaşdırarsan. Deməli, özünü inkişaf elətdirmək üçün ən çox
öyrəndiyin adam sənin ən böyük müəllimindir. Hesab edirəm ki, mənə ilk dəfə
şeiriyyatı, ədəbiyyatı sevdirən, kimliyindən utanmamağı öyrədən ilk poetik
müəllimim Zəlimxan Yaqubdur.
Uşaqlığımdan bəri hər zaman
özümü şeiriyyata, ədəbi bilgilərə, ədəbiyyatla bağlı hər şeyə ac hiss etmişəm.
Bəlkə də, bu, həm bakalavr, həm də magistr təhsilimin dəqiq elmlər olması ilə
bağlı olub. Əgər anam məni şair deyil, heykəltəraş ya da rəssam doğsaydı, bu
gün Zəlimxan Yaqubu yox, Leonardo Da Vinçini özümə müəllim bilərdim. Yəni,
müəllim-tələbə münasibətlərində, əlaqələrində ruhun, təfəkkürün, düşüncə
hədəfinin eyniistiqamətliliyi əsas şərtdir. Hesab edirəm ki, Zəlimxan Yaqubun
torpaq, təbiət sevgisində, yerlə göy arasında yaratdığı poetik ilmələrində,
kökünə bağlılığında mən varam. Ya da, mənim düşüncə, qavrama çevrəmdə Zəlimxan
Yaqub zərrələri görünür. Belə demək mümkündürsə, biz eynicinsli iki maddənin
məhlul vəziyyətindəyik. Təbii ki, kimyəvi cəhətdən Zəlimxan Yaqub nəfəsi, ruhu,
dili, düşüncəsi, mövqeyi elə bir maddədir ki, kainatın bütün kimyəvi maddələri
ilə eynicinsli məhlul və ya ittifaq halına girməyi bacarır. Azərbaycan ədəbiyyatının xəritəsini gözümün önünə gətirirəm və İzzəddin Həsənoğlundan tutmuş Salam Sarvana qədər mübaliğəsiz, tərifsiz, sadə bir müşahidə aparıram. Fikirlərimi belə deyə bilərəm ki, bütün şairləri bulağa bənzətsəm, hamısı mövcuddur. Lakin bəzi bulaqlar gur, bəziləri zəif, bəziləri də su qıtlığı yaşayır. Səməd Vurğun, Zəlimxan Yaqub kimi bir əl barmaqları sayda şairlərimiz isə bulaqlıq anlayışından çıxıblar. Onların ilhamını, nəfəsini coşmuş şəlaləyə bənzətmək olar. Adicə, Zəlimxan Yaqubun hansısa tədbirdə çəkilmiş çıxışını izləyəndə adama elə gəlir ki, şair öncədən yazıb əzbərlədiyi mətnini oxuyur. Onun əllərində vərəq görməyəndə oxucu diksinir. Elə Zəlimxanın böyüklüyüvərəqsizliyində, əzbərsizliyindədir. Mənə elə gəlir ki, Zəlimxan Yaqubun beyin hüceyrələrinin böyük bir hissəsi sinonim sözlərlə dolmuşdu. Ola bilər ki, Azərbaycan ədəbiyyatında Zəlimxandan çox sinonim söz tapan şairlərimiz olar. Ancaq məsələ burasındadır ki, Zəlimxan sinonim sözü axtarıb tapmırdı, bütün sinonimlər, omonimlər, hətta antonimlər də onun bazasında anadangəlmə mövcud idi.
Naxçıvan Dövlət Universitetinin
magistraturasında təhsil alırdım. Naxçıvan ədəbi mühiti ilə hərdən kiçik
məclislər təşkil edir, bir-birimizlə fikirlərimizi bölüşürdük. Bir dəfə gənc
bir tənqidçi qayıtdı ki, Zəlimxan Yaqubda şair kimi ilahi bir güc, ilahi bir
nəfəs, ilahi bir istedad və ilham var idi. Bəs niyə dünyaya çıxa bilmədi? Bu
sual məni xeyli düşündürdü. Zaman keçdikcə belə bir qənaətə gəldim ki, bütün
ölkələrdən, şəhərlərdən, kəndlərdən, hətta evlərdən də allaha gedən yol var.
Zəlimxan Yaqub öz nəfəsindən, ilhamından yapışıb dünyaya yox, allaha doğru
getdi. Onun qədər təbiəti danışdıran şair olmayıb...
Elşad Barat