• cümə axşamı, 18 aprel, 22:20
  • Baku Bakı 21°C

İKT-yə dair bilik yarışı keçirilib - Fotolar

17.05.18 16:34 743
İKT-yə dair bilik yarışı keçirilib - Fotolar
17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) şöbələrarası bilik yarışı keçirilib.
Yarışdan öncə kollecin direktor əvəzi Nofəl Nəbiyev çıxış edərək, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün 17 may 2006-cı il tarixindən qeyd edildiyini tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, bu günün qeyd edilməsinin əsas məqsədi internetdən və informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətə verdiyi imkanları bir daha nümayiş etdirməkdən, məlumat səviyyəsinin artırılmasına kömək etməkdən ibarətdir. Direktor əvəzi vurğulayıb ki, 17 may tarixi proqramçıların, sistem administratorlarının, internet-provayderlərinin, veb dizaynerlərin və İKT sahəsində fəaliyyət göstərən hər bir şəxsin bayramıdır. N.Nəbiyev sözügedən bayram münasibətilə hər kəsi təbrik edib, bilik yarışmasında iştirak edən tələbələrə uğurlar arzulayıb.
Daha sonra kollecin İnformasiya texnologiyaları sistemləri, Sistemlər, Servis xidməti, Proqramlaşdırma və şəbəkələr şöbələrinin tələbələrindən ibarət komandalar arasında İKT-yə dair bilik yarışı başlayıb.
Yarışın nəticələrinə görə tələbələrdən Turanə Məmmədova, Ramiz Sultanov, Rüstəm Qazıxanov, Firdovsi Zərbiyev birinci yerə layiq görülüblər.
Sonda qaliblərə diplomlar təqdim olunub.





banner

Oxşar Xəbərlər