İKT-yə dair bilik yarışı keçirilib - Fotolar
17 May Ümumdünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Bakı İdarəetmə və
Texnologiya Kollecində (BİTKol) şöbələrarası bilik yarışı keçirilib.
Yarışdan öncə kollecin
direktor əvəzi Nofəl Nəbiyev çıxış edərək, Ümumdünya Telekommunikasiya və
İnformasiya Cəmiyyəti Gününün 17 may 2006-cı il tarixindən qeyd edildiyini
tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, bu günün qeyd edilməsinin əsas
məqsədi internetdən və informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadənin
cəmiyyətə verdiyi imkanları bir daha nümayiş etdirməkdən, məlumat səviyyəsinin
artırılmasına kömək etməkdən ibarətdir. Direktor əvəzi vurğulayıb ki, 17 may
tarixi proqramçıların, sistem administratorlarının, internet-provayderlərinin,
veb dizaynerlərin və İKT sahəsində fəaliyyət göstərən hər bir şəxsin
bayramıdır. N.Nəbiyev sözügedən bayram münasibətilə hər kəsi təbrik edib, bilik
yarışmasında iştirak edən tələbələrə uğurlar arzulayıb.
Daha sonra kollecin
İnformasiya texnologiyaları sistemləri, Sistemlər, Servis xidməti,
Proqramlaşdırma və şəbəkələr şöbələrinin tələbələrindən ibarət komandalar
arasında İKT-yə dair bilik yarışı başlayıb.
Yarışın nəticələrinə görə tələbələrdən
Turanə Məmmədova, Ramiz Sultanov, Rüstəm Qazıxanov, Firdovsi Zərbiyev birinci
yerə layiq görülüblər.
Sonda qaliblərə diplomlar
təqdim olunub.