• cümə, 19 Aprel, 05:44
  • Baku Bakı 18°C

İkiüzlü ermənilər

12.10.19 19:30 523
İkiüzlü ermənilər
Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü çərçivəsində Prezident İlham Əliyev dünya tarixində ən dağıdıcı və qanlı müharibələrdən biri olan Böyük Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi əzmkarlıq və qəhrəmanlıqdan, faşizm üzərində qələbəyə töhfəmizdən danışıb. Dövlətimizin başçısı çıxışında həm də MDB məkanında, xüsusilə də Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsini, Hitlerin əlaltılarından biri olan Njdeyə Yerevanda heykəl qoyulmasını qəti şəkildə pisləyib.
Xatırladaq ki, nasist Qaregin Njdenin heykəli Ermənistanın keçmiş rəhbərliyi tərəfindən Yerevanda 2016-cı ildə qoyulub. Açılışda keçmiş prezident Serj Sarkisyanın adından gətirilən əklilin üzərində "erməni milli azadlıq hərəkatının qəhrəmanı, görkəmli hərbi və siyasi xadim” sözləri də yazılıb. Baxmayaraq ki, Ermənistan 2014-cü ildə BMT Baş Assambleyasında nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün müasir formalarının kəskinləşməsinə kömək edən digər təcrübə növləri ilə mübarizə haqqında qətnamənin qəbul edilməsinə səs verib. Azərbaycanın da imzaladığı Qətnamə layihəsi Rusiya tərəfindən təqdim olunmuşdu.
Ermənistanın "milli qəhrəmanı” sayılan Njde 1942-ci ildə digər belə "milli qəhrəman” Drastamat Kanayan (general Dro) ilə birlikdə əsir düşüb. O, Avropada yaşayan ermənilərdən ibarət "Erməni legionu”nunun yaradıcısı olub. Bu legion silahlanaraq sovet ordusuna qarşı vuruşub, terror aktları törədib, sovet partizanlarını məhv edib, Avropanın yəhudi əhalisinin qırılmasında – Holokostda iştirak edib. "Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölürlər” ifadəsi də Njdeyə aiddir. Əlbəttə, Njde burada faşist Almaniyasını nəzərdə tuturdu.
Azərbaycan Prezidentinin çıxışından sonra Njdenin heykəlinin qoyulmasına və onun Ermənistanda milli qəhrəman kimi anılmasına bəraət qazandırmağa çalışan Paşinyan gah nala, gah mıxa vurmağa başlayıb. "Kommersant” qəzetinin yazdığı kimi, "bir masa arxasında oturanlar qarşısında həm Njdeni müdafiə edən, həm də Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 75 iliyinin təmtəraqla qeyd olunması barədə danışan Ermənistan baş naziri, yumşaq desək, heç də yaxşı görünmürdü”.
Digər tərəfdən, ermənilər belə ikiüzlülüyə öyrəşiblər. Hətta ikiüzlülüyün onların xilasedici kəməri olduğunu da ehtimal etmək çətin deyil. Njdenin heykəli qoyulan il sovet xalqının Böyük Vətən müharibəsində qələbəsi şərəfinə Yerevanda qoyulmuş "Ana Ermənistan” abidəsinin 60 illiyi qeyd edilirdi. İndi həm qatilin, həm də qətlə yetirilənlərin heykəli bir şəhərdə "ehtiramla” anılır.
AZƏRTAC
banner

Oxşar Xəbərlər