• şənbə, 20 Aprel, 19:47
  • Baku Bakı 24°C

“İkitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır”

13.07.17 20:12 1464
“İkitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır”
Prezidentİlham ƏliyevTürkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib.
Söhbət zamanı dövlət başçısı qardaş türkmən və Azərbaycan xalqlarının əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğulayıb. Prezidentİlham Əliyevbu gün müstəqil Azərbaycanın və Türkmənistanın dövlətlərarası əlaqələri fəal şəkildə möhkəmləndirdiklərini bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi əlaqələrimizin siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə möhkəmləndirilməsində maraqlıdır: "Hazırda ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır”.

Prezidentİlham Əliyevsəfirə fəaliyyətində uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, Mekan İşanquliyev diplomatik fəaliyyəti dövründə ölkələrimizin bir-birinə daha da yaxınlaşması və əlaqələrin bütün istiqamətlərdə inkişafı işinə öz töhfəsini verəcək.

Səfir Mekan İşanquliyev prezidentİlham Əliyevə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını çatdırıb. O, təyin olunduğu vəzifədə qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Xalqlarımız arasında tarixən mehriban qonşuluq əlaqələrinin mövcud olduğunu deyən M.İşanquliyev siyasi, iqtisadi, diplomatik, ticarət və mədəni sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün bütün lazımi potensialın olduğunu vurğulayıb. Səfir qeyd edib ki, nəqliyyat sahəsi əməkdaşlığımızın əsas istiqamətidir. Ölkələrimizin coğrafi yerləşməsinin bu işə xidmət etdiyini deyən səfir bildirib ki, tarixən ticarət yolları bizim ölkələrimizdən keçib.

M.İşanquliyev ölkələrimizin müvafiq qurumları arasında beynəlxalq əməkdaşlıq məsələlərinin fəal müzakirə olunduğunu bildirib. Səfir vurğulayıb ki, əməkdaşlığın fəallaşdırılması üçün əsas amil Türkmənistan və Azərbaycan prezidentləri arasında keçirilən görüşlərdir. Sentyabrın 17-də Türkmənistanda Asiya Oyunlarının açılacağını deyən səfir Türkmənistan prezidentinin və xalqının Azərbaycan prezidenti İlham Əliyevin həmin tədbirdə iştirakını səbirsizliklə gözlədiklərini deyib.

Prezidentİlham Əliyevölkələrimiz arasında münasibətlərin fəal inkişaf etdiyini deyərək, yüksək səviyyədə görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində önəmini qeyd edib və bildirib ki, ölkələrimizin müvafiq qurumları, o cümlədən dövlət və özəl şirkətlər arasında da əməkdaşlıq əlaqələrin bu səviyyəsinə uyğun olmalıdır. Dövlət başçısı Türkmənistanda Asiya Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezidentİlham ƏliyevTürkmənistan prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib.
banner

Oxşar Xəbərlər