• cümə axşamı, 25 aprel, 11:06
  • Baku Bakı 14°C

İkisini öz qapısına, birini bizim qapıya...

11.10.14 10:17 1331
İkisini öz qapısına, birini bizim qapıya...
Apasport.az saytının məlumatına görə, Fransadakı final mərhələsinə 53 iddiaçı arasında olan Azərbaycan milli komandası ikinci oyununa səfərdə meydana çıxıb.
Baş məşqçi Berti Foqtsun yetirmələri H qrupunun favoriti hesab edilən İtaliya millisi ilə üz-üzə gəlib. Cari tsikldə ilk səfər sınağı olan komandamız bu görüşdə yenə uduzub – 2:1
Gecənin qəhrəmanı isə Corco Kellini olub. “Yuventus”un müdafiəçisi əvvəlcə matçın 44-cü dəqiqəsində hesabı açıb. Fasiləyə məğlub yollanana komandamız ikinci yarıda hesabı bərabərləşdirib. Yenə Kellini fərqlənib. Bu dəfə futbolçu avtoqola imza atıb. Lakin Corco komandasınına 3 xal qazandırmağı bacarıb.
Beləliklə, Bakıda Bolqarıstana 2:1 hesabı ilə məğlub olan komandamız yenə meydanı başı aşağı tərk edib.
Qeyd edək ki, millimizin 4 qat dünya çempionu “Skuadra Adzurra” ilə qarşılaşması Palermo şəhərinin “Renso Barbera” stadionunda baş tutub.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
İtaliya – Azərbaycan - 2:1
QOLLAR: Corco Kellini, 44; 82 - Corco Kellini, 76-avtoqol
banner

Oxşar Xəbərlər