• çərşənbə, 17 Aprel, 02:00
  • Baku Bakı 14°C

İkinci “Animafilm”in beynəlxalq müsabiqə iştirakçıları bəlli olub

04.09.19 14:00 1322
İkinci “Animafilm”in beynəlxalq müsabiqə iştirakçıları bəlli olub
Bakıda oktyabrın 18-20-də keçiriləcək 2-ci "Animafilm” Beynəlxalq Animasiya festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edib.
Bu barədəAZƏRTAC-a məlumat verən festivalın təsisçisi Rəşid Ağamalıyev deyib ki, 50 müxtəlif ölkədən 268 müraciət edilsə də onlardan yalnız 54-ü müsabiqədə iştirak edəcək.
Seçim komissiyası "Ən yaxşı qısametrajlı animasiya filmi” (20 dəqiqəyə qədər) 197 film, "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” (10 dəqiqəyə qədər) 66 film, "Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” 13 ssenari arasından seçim edib. Bütün filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti və uşaqlardan ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər oktyabrın 20-də 2-ci "Animafilm” festivalının bağlanış mərasimdə elan olunacaq. Komissiyanın qərarına əsasən Azərbaycandan yalnız bir film göndərildiyindən, "Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək. Həmin yeganə film "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsidə yarışacaq.
Qeyd edək ki, animasiya filmləri üzrə seçim komissiyasına Rəşid Ağamalıyev, Nəzrin Əlizadə (Azərbaycan), Liz Mansresa (Fransa), Vojtěch Kiss (Çexiya), Piotr Ficner (Polşa) və İlenia Cotardo (İtaliya) daxildir.
banner

Oxşar Xəbərlər