• çərşənbə axşamı, 19 mart, 13:41
  • Baku Bakı 8°C

İkili standartlar aradan qalxmalı, işğala son qoyulmalıdır

20.10.18 20:14 411
İkili standartlar aradan qalxmalı, işğala son qoyulmalıdır
Türkiyənin Kayseri şəhərinin Erciyez Universitetində konfrans keçirilib.
Trend-in müxbirinin məlumatına görə, konfransda Trend-in müxbirinin məlumatına görə, mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, azərbaycanlı millət vəkilləri, Rusiya Dövlət Dumasının üzvləri iştirak edib.
Konfransda çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım deyib ki, bir neçə il əvvəl korlanan Türkiyə-Rusiya münasibətləri yenidən bərpa edilib: "Hər iki ölkənin prezidentlərinin səyi nəticəsində iki dövlət arasında münasibətlər yenidən bərpa edildi. Bu gün Suriyaya sülh gətirmək istəyən iki ölkə var: Türkiyə və Rusiya. Türkiyədə hazırda 4 milyona yaxın suriyalı qaçqın var və rəsmi Ankara bu insanların problemləri ilə yaxından maraqlanır. Lakin Türkiyənin də imkanları və səbri hədsiz deyil".
Ş.Ayrım həmçinin 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə öz təbriklərini çatdırıb: "Azərbaycanı təbrik edirəm. Heç bir zaman bayrağınız enməsin. Azərbaycan iki yüz ildir ki, qətliamlara məruz qalır. Lakin heç bir dövlətə kin və nifrət bəsləmir. Problemləri sülh yolu ilə qaydaya salmaq istəyir. Türkiyə olaraq istəyirik ki, Azərbaycana tətbiq edilən ikili standartlar aradan qalxsın və işğalda olan torpaqlar azad edilsin. Bu gün Ermənistan işğalçı olmasaydı, bir çox layihələrdə iştirak edərdi".
banner

Oxşar Xəbərlər