AZE | RUS | ENG |

İki vəzifəli şəxs korrupsiyada ittiham olunub

İki vəzifəli şəxs korrupsiyada ittiham olunub
Azərbaycanın iki rayonunun icra hakimiyyətinin vəzifəli şəxsləri korrupsiya cinayətlərində ittiham olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, aparılmış araşdırmalarla Goranboy rayon İcra Hakimiyyəti başçısının Xanqərvənd kəndi üzrə icra nümayəndəliyinin məsul şəxsləri tərəfindən 2008-2012-ci illəri əhatə edən dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməklə dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması müəyyən edilib.

İcra nümayəndəliyinin vəzifəli şəxsləri tərəfindən təftişlə əhatə olunan dövr ərzində Xanqərvənd körpələr evi-uşaq bağçasına qanunsuz olaraq 11 işçi, o cümlədən 1 təsərrüfat müdiri, 5 tərbiyəçi, 1 böyük tibb bacısı və sair işçilər qəbul edilərək onlara ümumilikdə 66 min 221 manat məbləğində əməkhaqqı hesablanaraq verilib.

Bundan başqa, Xanqərvənd kəndi üzrə icra nümayəndəliyindən fiziki şəxs Məmmədov Vüsal Fikrət oğlunun hesabına 6 min 67 manat pul keçirilərək icra nümayəndəsinin müavini Xəlilov Xəlil İsfəndiyar oğlunun adına həmin məbləğdə dəftərxana, təsərrüfat malları və digər mal-material alınması barədə qaimə-faktura tərtib edilsə də, araşdırmalar zamanı həmin sənədlərin saxta olduğu, qeyd olunan malların mühasibatlıqda uçota alınmadığı, həmçinin onların paylanılması və istifadə olunmasına dair silinmə aktlarının tərtib edilmədiyi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin, Masallı rayon İcra Hakimiyyəti başçısının Həsənli kəndi üzrə icra nümayəndəliyinin məsul şəxsləri tərəfindən 2008-2012-ci illəri əhatə edən dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməklə dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması faktına görə Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, Həsənli kəndi üzrə icra nümayəndəliyindən "Halal", "Təchizat", "Sonay-TM" və "Elçin" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin hesablarına ərzaq məhsullarının alınması üçün köçürülmüş 41 min 906 manat məbləğində vəsaitə dair sənədləşdirmələr aparılmasına baxmayaraq, həmin məhsullar müvafiq qaimələr tərtib edilmədən vəzifə saxtakarlığı edilərək qanunsuz olaraq məxaric edilib.

Bundan başqa, təftişlə əhatə olunan dövrdə "Herakl-M" MMC-dən məktəbli forması almaq üçün Həsənli kənd orta məktəbinin direktoru Vəzir Hüseynov tərəfindən 1229 manat, Köçəkli kənd orta məktəbinin direktoru Sakit Ağayev tərəfindən isə 1041 manat xərclənməsi barədə sənədləşmələr aparılmaqla mal əvəzinə həmin müəssisədən nağd pul alınıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6952
GBP 1 İngilis funt sterlinqi 2.2343
TRY 1 Türk lirəsi 0.3567
KWD 1 Küveyt dinarı 5.6106
SEK 1 İsveç kronu 0.1921
EUR 1 Avro 1.9947
CHF 1 İsveçrə frankı 1.7152
USD 1 ABŞ dolları 1.7000