AZE | RUS | ENG |

İki tona yaxın narkotik tərkibli bitki kolları məhv edilib

İki tona yaxın narkotik tərkibli bitki kolları məhv edilib
Baş Narkotiklərlə Mübarizə İdarəsi və İsmayıllı RPŞ əməkdaşları "Xaş-xaş” 2018 tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçirib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq məhv edilib.

Bundan əlavə DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən ümumi çəkisi 1ton 260 kiloqram olan 1733 ədəd , eləcə də Cülyan kəndi ərazisində ümumi çəkisi 520 kiloqram olan 462 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6570
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.2835
KWD 1 Küveyt dinarı 5.6023
SEK 1 İsveç kronu 0.1853
EUR 1 Avro 1.9349
CHF 1 İsveçrə frankı 1.7130
USD 1 ABŞ dolları 1.7000