• cümə, 19 Aprel, 09:32
  • Baku Bakı 13°C

İki telekanalda Bədii Şura yaradılıb

21.05.13 16:05 1687
İki telekanalda Bədii Şura yaradılıb
Azərbaycanda iki televiziya kanalında Bədii Şura yaradılıb. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq Xəzər Televiziyası və İctimai Televiziya Bədii Şuraların yaradılması haqqında MTRŞ-ya məktub təqdim edib.
Hazırda ədəbi dillə bağlı telekanallarda monitorinqlər aparılır: “Monitorinq iki ay müddətində aparılacaq. Amma bir ay başa çatandan sonra telekanal rəhbərləri və dilçilərlə müzakirələr aparılacaq. Ölkə prezidenti dilçiliyin inkişafına dair sərəncam imzalayıb. Sərəncamın həyata keçirilməsi üçün bütün tədbirlər görüləcək. Telekanallarda Bədii Şuraların yaradılması artıq başlayıb. Telekanallar bu prosesə ciddi riayət edəcəklər”.
Şura sədri deyib ki, Bədii Şuralar radiolarda da yaradılacaq.
banner

Oxşar Xəbərlər