• cümə axşamı, 28 mart, 13:28
  • Baku Bakı 16°C

İki tanınmış partiya arasında qalmaqal: razılaşma pozuldu

21.11.13 11:35 1078
İki tanınmış partiya arasında qalmaqal: razılaşma pozuldu
“Qarabağ” blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyasının 2013-cü il prezident seçkilərində ayrı-ayrılıqda iştirakının səbəbi məlum olub.
Bu barədə APA-ya ADP-dəki mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, partiyalar “Qarabağ” bloku adından 2010-cu il parlament seçkilərinə vahid namizədlə qatıldığı halda, parlamentdə təmsilçiliyinə görə yalnız Ümid Partiyası maliyyələşib. Hökumətin bloka vəsait ayırmayacağı halda, ADP və Ümid Partiyası rəhbərlərinin razılaşmasına görə, qalib tərəf ayrılan vəsaiti müttəfiqi ilə bölməli idi. Lakin İqbal Ağazadə sonradan bu sövdələşməni pozub və partiyasına ayrılan vəsaiti ADP ilə bölməkdən imtina edib: “İqbal Ağazadə 2010-cu il parlament seçkilərində Mərkəzi Seçki Komissiyasında “Qarabağ” blokunun namizədi kimi qeydiyyatdan keçib və blokun namizədi kimi parlamentdə təmsil olunur. Belə olan halda, həmin namizəd həm də ADP-nin namizədidir və eyni dərəcədə maliyyələşməlidir. Lakin hökumət buna icazə vermədi. İqbal Ağazadə isə ADP rəhbərliyi ilə razılaşmaya əməl etməyərək, müttəfiqinə maliyyə yardımı etməkdən çəkindi. Halbuki blok yaradılanda İqbal Ağazadə ilə bu məsələlər müzakirə edilib. Razılaşmaya görə, “Qarabağ” blokuna vəsait ayrılmayacağı təqdirdə, Ümid Partiyasına ayrılan vəsait ADP ilə bölünməli idi. İqbal Ağazadə isə sonradan müəyyən bəhanələr gətirərək, bu şərti pozdu”.
Mənbə qeyd edib ki, blokun 2013-cü il prezident seçkilərində vahid namizədlə çıxış etməməsinin əsas səbəblərindən biri məhz İqbal Ağazadənin məlum razılaşmanı pozması olub.
ADP sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında xəbəri inkar etməsə də, köhnə mövzulara qayıtmağı lazım bilmədiyini vurğulayaraq, məsələyə münasibət bildirmək istəməyib.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə APA-ya bu barədə danışmaqdan imtina edib.
banner

Oxşar Xəbərlər