AZE | RUS | ENG |

İki nəfərin ölümündə təqsirləndirilən polis: Məndən 200 min manat istədilər

İki nəfərin ölümündə təqsirləndirilən polis: Məndən 200 min manat istədilər
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə proses başlayıb.
Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
X.Məmmədov özünü təqsirli bilməyib və bildirib ki, hadisə vaxtı sürət həddini aşmayıb: "Yolla gedirdim, qarşıdan gələn "Mercedes" markalı avtomobil qəfildən mənim yoluma çıxdı və avtomobilimi vurdu. Maşını saxlamaq imkanım yox idi. Maşın dərəyə düşdü və yanmağa başladı. Dərhal təcili tibbi yardıma zəng etmişəm. Gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxarmışam. Sonra polisə zəng etmişəm, hadisəni demişəm. Səhər saat 4-ə kimi Abşeron Rayon Polis İdarəsində olmuşam".
X.Məmmədov deyib ki, ona qarşı irəli sürülən ittihamlar qondarmadır: "Polisdə dedilər ki, sənə köməklik etmək istəyirik, amma bilmirik necə edək. Dedim günahsızam, sürət həddi 60-70 olub. Şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında bildirdi ki, şahidlərə fikir verən yoxdu, yalançı şahidlər də tapmaq olar. Məndən 200 min manat istədi, mən isə pulumun olmadığını dedim. Qayıtdı ki, bəs maşını nə ilə almısan?".

Təqsirləndirilən şəxs deyib ki, nümunəvi polis olub: "Binəqədidə yanan binada sakinləri xilas etdiyim üçün, nazir məni Polis Akademiyasında oxumağa göndərib".
Proses yanvarın 30-da davam etdiriləcək.
İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.
Məlum olub ki, qəza baş verən zaman "Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056