AZE | RUS | ENG |

İki nəfərdən biri kitab oxumur

İki nəfərdən biri kitab oxumur
Türkiyədə sosial sorğular üzrə ixtisaslaşmış "Kadir Has” Araşdırma və Sosial İş mərkəzi 2017-ci il ərzində apardığı "Türkiyə Sosial-Siyasi Meyllər üzrə Araşdırma”-nın nəticələrini nəhayət ki, açıqlayıb. "BBC Türkiye”də geniş şəkildə əks olunmuş infoqrafik araşdırmada yer alan məlumatlara görə, 26 əyalətdən yüz min nəfər arasında təkbətək keçirilən sorğunun nəticələri ədəbiyyat adamları üçün qırmızı işıq yandırıb. Belə ki, sorğu nəticələrindən əldə olunan rəqəmlərə görə, Türkiyədə hər iki nəfərdən biri, ümumiyyətlə mütaliə ilə məşğul olmur. Bu isə orta hesabla ölkə əhalisinin 53%-i deməkdir.
Sorğuda iştirak edənlərin 37%-i ölkədə və dünyada baş verənləri izləmədiyini etiraf edib. Xəbərləri hər gün izləyənlər isə yerdə qalan iştirakçıların cəmi 20%-ni təşkil edir. Gündəlik məlumatları izləyənlərin 39%-i internetdən, 29%-i isə çap mətbuatdan yararlanır. Sorğu iştirakçılarının 70%-i ümumiyyətlə, teatra getməyənlərdir. 
Sosial bir mövzunun da maraqlı olacağını düşünüb, bunu da oxucularla paylaşaq ki, Türkiyədə əhalinin 70%-i homoseksual qonşu istəmir. Arzuolunmaz qonşular arasında ikinci sırada suriyalı qaçqınlar gəlir. Üçüncü yerdə isə alkoqoliklər.
Əhali mədəni və sosial məsələlərin yanında bəzi siyasi sualları da cavablandırıb. Sorğu iştirakçılarının 53%-i ölkədə ən çox söz və insan hüquqlarının pozulduğundan şikayətçidir. Türkiyə üçün böyük təhlükə hesab edilən ölkələr siyahısının ilk üçlüyünü isə ABŞ, İngiltərə və İsrail təşkil edib. "Türkiyənin birmənalı müttəfiqi və ya dostu” sorğusuna isə respondentlərin 67%-i "Azərbaycan” deyə cavab verib. Bu sorğuda ikinci yerdə Şimali Kipr Türk Cümhuriyyəti gəlir.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157