• cümə axşamı, 25 aprel, 19:54
  • Baku Bakı 21°C

İki maşın toqquşub, xəsarət alanlar var

07.01.14 08:06 1204
İki maşın toqquşub, xəsarət alanlar var
Bu gün gecə saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama yolunun 25-ci km-də qeydə alınıb. Xaçmaz rayon sakini, 1991-ci il təvəllüdlü Osmanov İlqar Əbülfət oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşın qarşıdan gələn, Quba rayon sakini, 1984-cü il təvəllüdlü Rəhmanov Əli Eldar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü və sərnişini Osmanov Məhəbbət Sərdar oğlu müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər