• cümə axşamı, 25 aprel, 08:44
  • Baku Bakı 14°C

İki ölkəni güclü zəlzələlər titrətdi

19.04.14 08:02 1127
İki ölkəni güclü zəlzələlər titrətdi
Meksikada 7,5 bal gücündə zəlzələ baş verib.
İTAR-TASS agentliyinin verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin qərbində yerləşən Qerrero ştatında, ocağı 39 km dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, zəlzələ paytaxt Mexikoda hiss olunub. Dağıntı və tələfat barəsində məlumat verilmir.
X X X
6,9 bal gücündə daha bir zəlzələ isə Papua-Yeni Qvineyada baş verib
Sakit okeanın cənubi-qərbində yerləşən Papua-Yeni Qvineyada 6,9 bal gücündə zəlzələ olub.
İTAR-TASS agentliyinin verdiyi məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 06:04-də Panquna şəhərindən 60 km cənubi-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 45 km dərinlikdə yerləşib.
Digər təfərrüatlar barədə məlumat verilmir./apa/
banner

Oxşar Xəbərlər